İran Almaniya ilə böhrana səbəb olan Şarmehdin edamdan əvvəl öldüyünü açıqladı


İran terror aktına görə edam edildiyi bildirilən İran əsilli Almaniya vətəndaşı Cəmşid Şarmehdin edam edilməzdən əvvəl öldüyünü açıqlayıb.


Məhkəmənin sözçüsü Əsgər Cihangir mətbuata verdiyi açıqlamada İranda terror aktları törətməkdə təqsirli bilinən ikili İran-Almaniya vətəndaşı Şarmehdin edamının elan edilməsindən sonra Almaniya hökumətinin reaksiyalarını dəyərləndirib.

O, İran məhkəmə sisteminin müstəqil olduğunu deyib. "Heç bir xarici ölkəyə ölkəmizin məhkəmə proseslərinə müdaxilə etmək hüququ vermirik. Cəmşid Şarmehd terrorçu idi və terror aktlarına görə İran məhkəməsi onu iranlı kimi mühakimə etdi" - deyə Cihangir qeyd edib.

Məhkəmə rəsmisi əvvəlki rəsmi açıqlamanın əksinə olaraq Şarmehdin edam edilməzdən əvvəl öldüyünü bildirib: "Bu adam cinayət etdi və iş onun mühakimə olunması ilə nəticələndi. Cemşid Şarmehd edam cəzasına məhkum edildi və edam olunmağa hazır idi, lakin edamdan əvvəl öldü".

Cihangir Şarmehdin necə öldüyü barədə məlumat verməyib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu