Məşhur iranlı həkimin Azərbaycandan çıxışına qadağa qoyula bilər
Məşhur iranlı fizioterapevt Seyed Mohammad (Məhəmməd) Moeınıfardın Azərbaycandan çıxışına məhdudiyyət qoyula bilər.
Qaynarinfo-nun məlumatına görə, həkimlə bağlı İqtisadiyyat Nazirliyi Yanında Dövlət Vergi Xidməti Bakı Şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən Bakı Kommersiya Məhkəməsinə müraciət edilib.
Məhkəmədə onun "ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında" iddia qaldırılıb. İşə hakim Ülkər Həsənovanın sədrliyi ilə baxılacaq.
O, saytımıza açıqlamasında 3-4 min manat arası vergi borcunun olduğunu təsdiqləyib.
Qeyd edək ki, Məhəmməd Moeınıfard Nəsimi rayonu, Nəsibbəy Yusifbəyli küçəsi 3 ünvanında yerləşən "MS Klinikası”nda uzman fizioterapevt işləyir.