Latviya bu şəxslərin ölkəyə girişinə qadağa qoyub


Latviyanın xarici işlər naziri Baiba Braje dizayner Artemy Lebedev və komediya ustası Valeri Ponomarenkonun qeyri-müəyyən müddətə respublikaya girişini qadağan edib.


AFN.az xəbər verir ki, bu barədə o, X-da məlumat verib.

“Rusiya vətəndaşları Artemy Lebedev və Valeri Ponomarenkonu Latviya Respublikası üçün arzuolunmaz şəxslər (persona non qrata) siyahısına daxil etmək və onlara qeyri-müəyyən müddətə Latviyaya girişinə qadağa qoymaq qərarına gəldik”, - deyə Braje yazıb. Nazir qərarla bağlı heç bir açıqlama verməyib.

"Delfi" portalının məlumatına görə, Ponomarenko noyabrda Latviyada iki konsert verməli imiş.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu