Türk Hava Yollarının təyyarəsi turbulentə girdi: 6 nəfər yaralandı


Türk Hava Yollarının (THY) İstanbul-Taypey arasında TK24 reysi ilə uçan təyyarəsinin turbulentə girməsi nəticəsində 4-ü sərnişin və 2-si kabin heyəti olmaqla 6 nəfər yüngül xəsarət alıb.



THY-nin mətbuat müşaviri Yahya Üstün sosial media hesabından verdiyi açıqlamada dünən gecə İstanbuldan havaya qalxaraq Tayvanın paytaxtı Taypeyə gedən təyyarənin əlverişsiz hava şəraiti səbəbindən enişinə 2 saat qalmış turbulentə məruz qaldığını açıqlayıb.

Təyyarənin heç bir problem olmadan Taypey Sonqşan hava limanına endiyini bildirən Üstün, hadisə nəticəsində 4 sərnişin və 2 uçuş heyəti üzvü olan 6 nəfərin yüngül xəsarət aldığını bildirib.

Mənbə: TRT Haber



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu