Avstraliyada pələng öz baxıcısına hücum edib
Avstraliyanın Kvinslend ştatında əyləncə parkında pələng öz gözətçisinə hücum edib. Xoşbəxtlikdən baxıcı heç bir xəsarət almadan xilas edilib.
40 yaşlarında olan baxıcı qolundan və çiynindən xəsarət alıb. Yaralı baxıcı təcili olaraq xəstəxanaya aparılıb.
Kvinslend Təcili Yardım Xidmətinin əməkdaşı Castin Peyn bildirib ki, zədədən yaranan qanaxma əyləncə parkında ilk yardımçılar tərəfindən müalicə olunub.
Park rəsmiləri pələng hücumu nadir hadisə kimi qiymətləndiriblər.
Mənbə: BBC