Netanyahunun oğlunun Mayamidəki evində bomba həyəcanı

İsrailin baş naziri Binyamin Netanyahunun böyük oğlu Yairin yaşadığı Mayamidəki elit yaşayış kompleksində partlayıcı qurğuya bənzər əşya tapılıb.
AFN.az xəbər verir ki, bu barədə İsrailin N12 telekanalı məlumat yayıb.
Bildirilir ki, çərşənbə axşamı sakinlər administrasiyadan və polisdən mesaj alıblar ki, mənzillərinin içərisinə kilidlənsinlər və pəncərələrə yaxınlaşmasınlar. Üç saatdan sonra onlara məlumat verilib ki, polis tapılan əşyanı yoxlayıb və siqnalın yalan olduğu üzə çıxıb.
Sakinlərdən birinin telekanala verdiyi məlumata görə, bu elit yaşayış kompleksində çoxlu israilli yaşayır. Onun sözlərinə görə, hadisə zamanı Netanyahunun oğlu binada olmayıb. Eyni zamanda, onun digər qonşusu 33 yaşlı Yairin hər zaman bir şey olacağından narahat olduğunu, vaxtının çox hissəsini evdə keçirdiyini və bəzən mülkdəki hovuzun yanında gəzintiyə çıxdığını söyləyib.