Taylor Sviftin konsertinə hücum planı: 18 yaşlı iraqlı saxlanılıb


Avstriyanın paytaxtı Vyanada keçirilməsi planlaşdırılan Taylor Svift konsertlərinin hücum planı səbəbiylə ləğv edilməsindən sonra 18 yaşlı daha bir iraqlı şübhəli saxlanılıb.



Amerikalı müğənni Taylor Sviftin Avstriyanın paytaxtı Vyanada planlaşdırdığı konsertlərə hücuma hazırlıq iddiaları ilə bağlı başladılan istintaqda 18 yaşlı başqa bir şübhəli saxlanılıb. Daxili İşlər Nazirliyinin açıqlamasında hücum planı ilə bağlı saxlanılan şübhəlinin İraq vətəndaşı olduğu bildirilib.

“Reuters” xəbər agentliyinin məlumatına görə, Avstriya Daxili İşlər Nazirliyi saxlanılan iraqlı şübhəlinin Şimali Makedoni əsilli avstriyalı olduğu bildirilən 19 yaşlı əsas şübhəli ilə eyni çevrədən gəldiyini bildirib.

İŞİD-ə sadiqliyini bəyan edən əsas şübhəlinin Vyana xaricindəki Ernst Happel stadionunda toplaşması gözlənilən təxminən 20 min Taylor Svift azarkeşinə hücum planlaşdırdığı açıqlanıb.

Qeyd edək ki, Svift Avstriyanın paytaxtında cümə axşamı, cümə və şənbə günləri üç konsert verməyi planlaşdırdığı halda, hər üç konsert təhlükəsizliklə əlaqədar olaraq çərşənbə günü ləğv edilib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu