Navalnının Moskvadakı mənzilinin taleyi məlum olub

Aleksey Navalnının Moskvanın Maryino rayonunda yerləşən mənzili uzun müddətdir boşdur.
Bu barədə NEWS.ru məlumat yayıb.
Navalnının keçmiş evi Lyublinskaya küçəsindəki 175 saylı binada yerləşir. Mənzildəki paylar siyasətçinin qızı və atasına məxsusdur. Qonşular bildirdilər ki, son vaxtlar mənzildə heç kim olmayıb.
Bina sakinlərindən biri təklif edib ki, mənzilə kimsə baxsın. Onun sözlərinə görə, bir müddətdir Navalnının poçt qutusunda sənədlər toplanıb, lakin təxminən bir ay əvvəl onları götürüblər.