Yaponiyada günvurma xəbərdarlığı edilib


Yaponiyada temperaturun 37 dərəcəyə çatacağı gözlənildiyi üçün günvurma xəbərdarlığı edilib.



NHK-nın məlumatına görə, Yaponiya Meteorologiya Agentliyinin (JMA) verdiyi açıqlamada ölkənin bir çox bölgəsində yüksək temperaturun müşahidə ediləcəyi bildirilib.

Açıqlamada ölkənin paytaxtı Tokioda temperaturun 37 dərəcəyə çatması gözlənildiyi bildirilib.

Yaponiyanın Ətraf Mühit Nazirliyi də 31 prefekturada günvurma ehtimalı barədə xəbərdarlıq edib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu