Trampın gizli sənədləri gizlətməkdə ittiham edildiyi federal iddia rədd edildi


ABŞ-ın keçmiş prezidenti Donald Trampın Ağ Evdəki səlahiyyət müddətindən sonra Floridadakı Mar-a-Laqo malikanəsində məxfi dövlət sənədlərini saxlamaqda ittiham edən federal məhkəmə işi dayandırılıb.



Prosesə sədrlik edən hakim Aylin Kannon işin dayandırılmasına səbəb kimi ittihamnaməni hazırlayan xüsusi prokuror Cek Smitin təyinatını və maliyyələşməsini göstərib.

Yayımlanan 93 səhifəlik qərarda hakim Kanun, "Xüsusi prokuror Smitin təyin edilməsi ABŞ Konstitusiyasının Təyinatlar Maddəsini pozduğu üçün onun hazırladığı ittiham aktı rədd edildi" ifadələrini qeyd edib.

Kanun həmçinin xüsusi prokuror Smitin ittiham aktı zamanı daimi və qeyri-müəyyən maliyyə vəsaitindən istifadə etməsinin də ABŞ Konstitusiyasının Müavinətlər Maddəsini pozduğuna diqqət çəkib, lakin qeyd edib ki, iş Təyinatlar Maddəsi əsasında rədd edildiyi üçün məhkəmənin belə bir şey etməsinə ehtiyac yoxdur.

Qərarda qeyd olunub ki, sözügedən pozuntu maddələri əsasında keçmiş prezident Donald Trampın Smitin qanunsuz təyinatı və maliyyələşdirməsi əsasında işdən xitam verilməsi ilə bağlı müraciəti qəbul edilib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu