Haitidə son 2 gündə silahlı hücumlarda 25 nəfər həlak olub


Haitidə yenidən şiddətlənən zorakılıqlar səbəbindən son 2 gündə silahlı hücumlarda 25 nəfər həyatını itirib.



Yerli mətbuatın məlumatına görə, paytaxt Port-o-Prensə bağlı Qressier qəsəbəsində dəstələr arasında baş verən toqquşmalarda 25 nəfər həlak olub.

Mətbuata açıqlama verən polis rəsmisi, "Vəziyyət kifayət qədər mürəkkəbdir. Quldurlar bütün şəhəri zəbt ediblər. Onlar kiçik qruplar halında hərəkət edərək müxtəlif məhəllələri ələ keçirirlər. İnsanlar evlərini tərk edir, evlərini tərk edə bilməyənlər isə qorxudan evlərindən çıxmırlar” deyib.

Prezident Şurasından verilən açıqlamada Qressier qəsəbəsində silahlı dəstələrin törətdiyi hadisələrin pisləndiyi və milli polisə hərtərəfli dəstək verildiyi bildirilib.

Polisin keçirdiyi əməliyyatlar nəticəsində Qressierdə bir çox dəstə üzvünün zərərsizləşdirildiyini bildirən Şura, xeyli miqdarda sursat ələ keçirildiyini qeyd edib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu