“Premium Bank”ın vəzifəli şəxsi cərimələndi


Azərbaycan Mərkəzi Bankı (AMB) “Premium Bank” ASC-nin vəzifəli şəxsini cərimələyib.


AFN.az xəbər verir ki, bu barədə AMB məlumat yayıb.

Bildirilib ki, Mərkəzi Bank tərəfindən aparılan cari nəzarət prosesləri çərçivəsində “Banklar haqqında” Qanunun 40.1-ci maddəsinin, habelə “Banklara aidiyyəti olan şəxslərlə əməliyyatların aparılması Qaydası”nın (Qayda) 3.3.2-ci bəndinin tələblərinin pozulduğu aşkarlanıb.

Bu səbəblə İnzibati Xətalar Məcəlləsinin 438.1-ci maddəsinə müvafiq olaraq, “Premium Bank” ASC-nin vəzifəli şəxsi 2 000 manat məbləğində cərimə edilib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu