Boliviya prezidenti SPIEF-də iştirak etmək üçün Rusiyaya gəlib

Boliviya Prezidenti Luis Arce Sankt-Peterburq Beynəlxalq İqtisadi Forumunda (SPIEF) iştirak etmək üçün Sankt-Peterburqa gəlib.
Bu barədə TASS-a Rusiya Xarici İşlər Nazirliyinin Latın Amerikası Departamentinin direktoru Aleksandr Şetinin məlumat verib.
İyunun 5-dən 8-dək Sankt-Peterburq Beynəlxalq İqtisadi Forumu keçiriləcək. Builki forumun mövzusu “Çoxqütblü dünyanın əsası yeni inkişaf nöqtələrinin formalaşması"dır. Tədbir çərçivəsində müxtəlif forumların keçirilməsi planlaşdırılır.