Hindistanda Su-30 MKI qırıcısı qəzaya uğrayıb
Hindistanın Maharaştra əyalətində Su-30 MKI döyüş təyyarəsi qəzaya uğrayıb, atma oturacaq sistemindən istifadə edən 2 pilot sağ qalıb.
Ölkə mətbuatında yer alan xəbərlərə görə, Su-30 MKI qırıcı təyyarəsi sınaq uçuşu zamanı naməlum səbəbdən vilayətin Naşik şəhərində qəzaya uğrayıb.
Atma oturacaq sistemindən istifadə edən iki pilot sağ qalıb.
Hindistanın Hindustan Aeronautics Limited (HAL) şirkəti X-dən verdiyi açıqlamada pilotların texniki nasazlıq barədə məlumat verdiyini və təyyarənin qəzaya uğrama səbəbinin araşdırmalardan sonra aydınlaşacağını bildirib.
Qeyd edək ki, Su-30 MKI döyüş təyyarəsi Rusiya tərəfindən verilmiş lisenziya əsasında Hindistanda HAL tərəfindən istehsal olunur.