MrBeast "YouTube"da abunəçi rekordu qırdı


MrBeast Bollivud musiqi şirkəti "T-Series"i geridə qoyaraq "YouTube"da ən çox abunəçisi olan kanal oldu.



MrBeast kimi tanınan əsl adı Jimmy Donaldson olan YouTuber gündəlik abunəçi rekordu qırıb.

Əyləncə məzmunu istehsal edən kanal 1 iyun şənbə günü Hindistanın "T-Series" səsyazma şirkətini geridə qoyaraq birinci yerə yüksəlib.

Gündə orta hesabla 250 min yeni abunəçi qazanan kanal 269 milyon izləyiciyə çataraq "YouTube"da ən çox izləyicisi olan kanal olub.

Bu barədə məlumatı MrBeast X hesabında paylaşım edib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu