Mİ6 iki Çin məmurunu əməkdaşlığa cəlb edib

Britaniya məxfi kəşfiyyat xidməti MI6 ÇXR-in adı açıqlanmayan mərkəzi dövlət qurumlarının iki əməkdaşını Böyük Britaniyanın xeyrinə əməkdaşlığa cəlb edib.
Bu barədə iyunun 3-də "Reuters" Çinin Dövlət Təhlükəsizlik Nazirliyinin bəyanatına istinadən məlumat yayıb.
Nəşrin məlumatına görə, evli ər-arvad olan iki casusun işi üzrə əlavə araşdırma aparılır.