Fələstin Səhiyyə Nazirliyi beynəlxalq yardım istədi


Fələstin Səhiyyə Nazirliyi səhiyyə sisteminin çökdüyü Qəzza zolağında sərhəd qapılarının açılması, xəstə və yaralıların müalicə üçün Qəzzadan çıxışının asanlaşdırılması üçün beynəlxalq qurum və təşkilatlardan kömək istəyib.


AFN.az xəbər verir ki, bununla bağlı nazirlikdən yazılı açıqlama verilib.

“Qəzza zolağında səhiyyə sisteminin çökməsi, minlərlə xəstənin xaricdə müalicəyə ehtiyacı olması və İsrailin nəzarəti ələ keçirməyə, sərhəd qapılarını bağlamağa davam etməsi şərtlərində bütün beynəlxalq qurumları və əlaqədar tərəfləri çağırırıq. Qəzzanın sərhədlərini açmaq, xəstələri və yaralıları müalicə üçün xaricə göndərmək çıxışlarını asanlaşdırmağa çağırırıq" - deyə açıqlamada bildirilir.

İsrail ordusunun dünən Rəfahda təcili yardımı hədəf alan hücumunu pisləyən açıqlamada Fələstin Qızıl Aypara qruplarından 2 tibb işçisinin vəzifə borcunu yerinə yetirərkən həyatını itirdiyi vurğulanıb.

Həmçinin qeyd edilib ki, mayın 28-dən Rəfahda Tel es-Sultan Doğum Xəstəxanasından başqa heç bir xəstəxana fəaliyyət göstərmir.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu