Yaponiyada robot zəka kubu rekordu qırıb
Yaponiyada robot Rubik kubunu ən qısa müddətdə həll edərək yeni dünya rekordu qırıb.
Ginnesin Rekordlar Kitabı "Mitsubishi Electric"in maşınının 0,305 saniyə vaxtını təsdiqləyərək, əvvəlki rekordu 0,075 saniyə geridə qoyub.
Robotun həll müddəti keçən ilin iyununda Kaliforniyada Rubik kubunun sürətli həlli tədbirində qeydə alınan ən yaxşı insan rekordundan 10 dəfə daha sürətli olub.
Koreya əsilli amerikalı Maks Parka 3x3x3 ölçülü fırlanan tapmaca kubunu həll etmək cəmi 3,13 saniyə çəkib. O, özündən sonra ən sürətli adamın rekordunu saniyənin üçdə birindən çox fərqlə yenib.
Robotun əldə etdiyi 0,305 saniyə insanın gözünü qırpması üçün tələb olunan vaxta təxminən bərabərdir.
Ən son rekord son illərdə robototexnika sahəsində əldə edilən köklü irəliləyişləri əks etdirir. 2009-cu ildə Rubik kubunu həll edən robot üçün dünya rekordu bir dəqiqə 4 saniyə idi.
"Mitsubishi Electric" robotunun kubu cəmi 0,009 saniyəyə 90 dərəcə döndərməsinə imkan verən "kompakt, yüksək güclü, siqnala həssas servo mühərriklərdən" istifadə etməklə bu uğura nail olduğunu söyləyib.
Daha sürətli vaxta nail olmaq üçün əsas məhdudlaşdıran amil kubun özünün fiziki xüsusiyyətləridir. Robotun tətbiq etdiyi sürət və qüvvə səbəbindən tapmacanın tıxanması və qırılması ilə ilk cəhdlər əvvəlcə uğursuz olub.
Mənbə: Independent