İtaliyada dağ keçilərini sahiblənmək üçün müraciətlərin sayı rekord həddə çatıb


İtaliyada sayı sürətlə artan keçiləri sahiblənmək istəyənlərin sayı rekord həddə çatıb.


Siciliyanın şimalında yerləşən Alicudi əyalətində vəhşi keçilərin sayının artması səbəbindən onları sahibləndirmək üçün keçən ay kampaniya başladıb. Təxminən 100 nəfərin yaşadığı adada çöl keçilərinin sayı 600-ə çatıb.

Alicudi bələdiyyə başçısı Rikkardo Qulo Avropanın müxtəlif ölkələrindən, ABŞ-dan və hətta Nigeriyadan keçi götürmək üçün müraciətlər aldıqlarını bildirib.

Qulo keçilərlə bağlı ümumilikdə 1900 müraciət aldıqlarını və onların əksəriyyətini geri çevirməli olacaqlarını deyib.

Bundan əlavə, yamacları və qayalı əraziləri çox olan 5 kvadrat kilometrlik adada keçilərin necə tutulacağı ilə bağlı tədbirlər hazırlanır.

Keçilərin tutulması və adadan daşınması Siciliya regional şurasının kənd inkişafı üzrə direktoru Covanni Dell'Acqua-ya həvalə edilib.

Dell'Acqua "Guardian"a bildirib ki, bu, asan bir iş olmayacaq. "Ancaq tez və effektiv hərəkət etməliyik" - deyə o qeyd edib.

Təxminən 120 kiloqramlıq keçilərin 50 santimetr uzunluğunda buynuzları olduğunu bildirən direktor əlavə edib ki, ada sakinləri bu vəziyyətdən qorxurlar.

Dell'Acqua bildirib ki, bir qrup vəhşi təbiət mütəxəssisi gələn həftə adaya gedəcək və keçiləri tutmaq üçün plan hazırlayacaq.

Tutulduqdan sonra keçilər xəstə olub-olmadığını yoxlamaq üçün qan testindən keçiriləcək. Bundan sonra heyvanlar gəmi ilə Siciliyaya göndəriləcək və orada iki ay karantində saxlanılacaq.

Səlahiyyətlilər keçilərin əksəriyyətini iyunun ortalarına qədər, turizm mövsümü başlayanda tutmağı planlaşdırır. Sentyabrda yenidən adaya gedib yerdə qalan keçilərin alınacağı bildirilir.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu