Zəngəzur dəhlizinin inşası artıq başlayıb - erməni politoloq


“O kəndlərdən sonra Vardenisdən (Basarkeçər) 10, Sünikdən (Zəngəzur) isə 8 kəndin Azərbaycana təhvil veriləcəyi barədə məlumatlar yayılır”.


“Qafqazinfo” Ermənistanın “Hraparak” portalına istinadən xəbər verir ki, bunu erməni politoloq Artur Xaçikyan deyib.

Onun sözlərinə görə, ölkəsində heç kəs bunun baş verib-verməyəcəyini deyə bilməz: “Nə iqtidar, nə də müxalifət bunu deyə bilir. Bu, daim bizi narahat edən bir söhbətdir.

Kəndlər təhvil veriləndən sonra deyəcəklər ki, Vardenisi verdik, Vardenis bizim deyildi.

Daha sonra deyəcəklər: Süniki verdik, çünki bizim deyildi və sairə. Zəngəzur dəhlizi adlandırılan yolun inşası artıq başlayıb. Bir çoxu deyir ki, Azərbaycanı Naxçıvanla birləşdirəcək bu yolun Ermənistan hissəsində iş aparılır. Bu suallara cavab almaq mümkündür, ya yox?!”

Qeyd edək ki, aprelin 19-da Azərbaycan və Ermənistan arasında sərhəddə iki ölkə arasında dövlət sərhədinin delimitasiyası üzrə Dövlət Komissiyası və ölkələrarası dövlət sərhədinin delimitasiyası və sərhəd təhlükəsizliyi məsələləri üzrə Komissiyanın səkkizinci görüşü keçirilib. Görüş zamanı Qazaxın Ermənistan tərəfindən işğal olunmuş 4 kəndinin Azərbaycana qaytarılması barədə razılıq əldə edilib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu