İrlandiyada 37 yaşlı Harris ölkənin ən gənc baş naziri oldu
İrlandiyada parlamentin aşağı palatasında keçirilən səsvermədən sonra 37 yaşlı Simon Harris ölkənin yeni baş naziri seçilib.
İrlandiyada 37 yaşlı Simon Harris keçən ay İrlandiyanın baş naziri Leo Varadkarın gözlənilmədən istefa verməsindən sonra keçirilən səsvermədə 69 əleyhinə 88 səslə ölkənin ən gənc baş naziri kimi tarixə düşüb.
Səsvermədən sonra yeni baş nazir Harris rəsmi iqamətgahında İrlandiya prezidenti Maykl Hiqqinslə görüşüb.
Harris prezident Higgins tərəfindən təsdiqləndikdən sonra rəsmi olaraq ölkənin yeni Baş naziri olub.
Qeyd edək ki, Varadkar martın 20-də hökumət və partiyadakı vəzifəsindən istefa verdikdən sonra Harris martın 24-də hakim Fine Gael-in yeni lideri seçilib.
Xatırladaq ki, ilk dəfə 2009-cu ildə bələdiyyə məclis üzvü namizədi üçün ən yüksək səs nisbəti ilə Wicklow Şəhər Şurasına üzv seçilən Harris 25 yaşında millət vəkili seçilib. Ölkənin həm də ən gənc parlament üzvü olan Harris 29 yaşında səhiyyə naziri olub.
Harris 2020-ci ildə ali təhsil, tədqiqat, innovasiya və elm naziri təyin edilib.