Cəmil Məmmədlinin məhkəməsinin vaxtı bəlli oldu


Jurnalist Cəmil Məmmədlinin cinayət işi üzrə növbəti məhkəmə prosesi martın 28-də keçiriləcək.


Buna qədər proses iki dəfə təxirə salınıb.

Növbəti prosesdə jurnalistə hökm oxunması gözlənilir. Çünki artıq məhkəmə istintaqı yekunlaşıb. Çıxışlar da bitib.

Dövlət ittihamçısı Cəmil Məmmədliyə 8 il 3 ay azadlıqdan məhrumetmə cəzası istəyib. Jurnalisitin vəkili Fariz Namazlı ilə ittihamların əsassız olduğunu bildirib.

Cəmil Məmmədli Cinayət Məcəlləsinin 178.2.4 (dələduzluq-xeyli miqdarda ziyan vurmaqla törədildikdə), 182.2.1 (hədə-qorxu ilə tələb etmə - qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) 182.2.2 (təkrar hədə-qorxu ilə tələb etmə) və 221.2.2-ci ( xuliqanlıq) maddələri ilə ittiham olunur.

Jurnalist bu ittihamları qəbul etmir və barəsindəki cinayət işinin qondarma olduğunu deyir.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu