ANAMA: Kəlbəcərlə bağlı verilən mina məlumatları qeyri-dəqiq, etibarsızdır
Kəlbəcər rayonunun Murov dağları silsiləsi ətrafındakı minalanmış əraziləri əhatə edən məlumatlar əvvəlki kimi qeyri-dəqiq, etibarsız və natamamdır.
Bu barədə Ölkə.az-a Azərbaycan Minatəmizləmə Agentliyindən (ANAMA) məlumat verilib.
Qeyd edilib k, Ermənistan tərəfi növbəti dəfə Azərbaycana qeyri-dəqiq mina sahələrinin qeydlərini təqdim edib.
Belə ki, Kəlbəcər rayonunun Murov dağları silsiləsi ətrafındakı minalanmış əraziləri əhatə edən məlumatlar əvvəlki kimi qeyri-dəqiq, etibarsız və natamamdır.