Forbes-in siyahısındakı milyarder Rusiya vətəndaşlığından imtina etdi
"Coalco" International inkişaf şirkətinin keçmiş sahibi, milyarder Vasili Anisimov 2022-ci ilin sentyabrında Rusiya vətəndaşlığından imtina edib və o vaxtdan ölkəyə yalnız işgüzar viza ilə daxil olub.
Bu barədə “Forbes” biznesmenin özünün təqdim etdiyi sənədlərə istinadən yazıb.
Sənədlərə görə, Anisimov hələ 2022-ci ilin sentyabrında Rusiya vətəndaşlığından imtina edib. Onun hələ də Dominikan Respublikası və Xorvatiya pasportları var. Forbes-in qeyd etdiyi kimi iş adamı ilk ölkənin vətəndaşlığını hələ 1990-cı illərin ortalarında alıb. 2022-ci ildə Xorvatiya vətəndaşı olub.
Anisimov artıq Rusiyada heç bir aktivinin olmadığını iddia edib. Onun sözlərinə görə, o, “Coalco” və “Bolshoye Domodedovo” MMC-ləri idarəçilərə verib. Nəşr yazır ki, Rusiya pasportundan imtina etdikdən sonra biznesmen Rusiyaya Bolşoy Domodedovo şirkətinin dəvəti ilə aldığı iş vizası ilə daxil olub.
“Forbes” Anisimovun sərvətini 1,6 milyard dollar dəyərində qiymətləndirir. Qeyd edilir ki, bu, əsasən Mixaylovski GOK-un payının Əlişir Usmanova və digər aktivlərinə satışından əldə edilən puldur. Anisimov həmçinin Xorvatiya, Qazaxıstan, BƏƏ və Afrikada biznesə malikdir.
Vasili Anisimov Rusiyanın Ukraynada xüsusi əməliyyatına başladıqdan sonra Rusiya vətəndaşlığından imtina edən yeddinci milyarder olub.