Tanınmış psixoloq "cinlərin əlində" olduğunu iddia etdiyi avtomobilini satır - FOTO
Tanınmış psixoloq Nizami Orucov avtomobilini satır.
N.Orucov bu barədə elan saytlarının birində məlumat yerləşdirib.
O, 2008-ci il buraxılış "Ford Fusion" avtomobilini 6500 AZN-ə təklif edir.
Qeyd: Psixoloq bir müddət əvvəl Baş Dövlət Yol Polisi İdarəsinə müraciət edərək "Avtomobilimi cinlərin əlindən alın" xahişini etmişdi. Buna səbəb maşın sürülmədiyi halda cərimələrin yazılmasıdır. İdarədən isə ona bildirilib ki, “İ-Patrul” sistemi hərəkətdə oldu-olmadı, hansı vəziyyətdə olmasından asılı olmayaraq texniki baxışdan keçməyən bütün maşınların nömrələrini avtomatik oxuyub qeydə alır və cərimə tətbiq olunur.