Hacı Şahin haqda saxta məlumat yayıldı
Sosial şəbəkələrdə mərhum ilahiyyatçı Hacı Şahin Həsənli haqda saxta informasiya yayılıb.
Sözügedən platformada səhifələrdən birinin din xadimi barədə paylaşımı narazılığa yol açıb.
Statusda qeyd edilir ki, "7 ildir ki, övladı olmayan ailə" mərhum ilahiyyatçı ilə "görüşdən 10 ay sonra arzusuna çatıb".
Bu paylaşım bir çox sosial şəbəkə istifadəçiləri tərəfindən kəskin reaksiyaya səbəb olub. Belə ki, statusun rəy bölməsində fikir bildirən insanlar sözügedən informasiyanın yanlış olduğunu qeyd edib. Onların arasında yer alan dindar kəsim də qeyd edilənlərə sərt etirazını ifadə edib.
Yaxınlarının Ölkə.Az-a bildirdiyinə görə, paylaşımda yer alan fikirlər saxtadır və reytinq xatirinə belə bir addım atılıb.
“Hacı Şahin sağlığında xurafat və cahillik əleyhinə çıxışlar edib. İnsanların maariflənməsi istiqamətində söhbətləri ilə tanınıb. Belə bir iddia cəfəngiyatdan başqa bir şey deyil”.