Sərnişinlər avtobusda “açıq hava”da gedirlər - FOTO


Sumqayıtda fəaliyyət göstərən 9 nömrəli marşrut xətti ilə bağlı vəziyyət acınacaqlıdır.


“Qafqazinfo”nun məlumatına görə, jurnalist Əli Zülfüqaroğlunun sosial şəbəkə hesabında paylaşdığı fotodan görünür ki, həmin xətt üzrə işləyən avtobusun pəncərəsində şüşə yoxdur. Bunun əvəzinə pəncərəyə vurulan “klyonka” da yararsız hala düşüb. Nəticədə soyuq qış günlərində nəqliyyatdan istifadə edən vətəndaşlar belə demək olarsa, avtobusda açıq havada hərəkət edirlər.

Məsələ ilə bağlı “Sumqayıt nəqliyyat” MMC-yə sorğu ünvanladıq. Qurumdan müraciətimizə belə cavab verildi: “Qar yağan gün belə hal baş verib. Şüşə sifariş verilib və problem aradan qaldırılıb”.




AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu