"Medicare" klinikasında ölüm hadisəsi baş verib


Bakı şəhəri, Sabunçu rayonunda fəaliyyət göstərən "Medicare" klinikasında ölüm hadisəsi baş verib.


AFN.az xəbər verir ki, bu barədə Baş Prokurorluğun mətbuat xidmətindən bildirilib. Qeyd edilir ki, 21 dekabr 2023-cü il tarixdə 1971-ci il təvəllüdlü Lətafət Məmmədovanın "Medicare" klinikasında vəfat edib. Hadisə ilə bağlı Sabunçu rayon prokurorluğunda araşdırma aparılır.

"Hadisənin səbəbi tam, hərtərəfli və obyektiv araşdırılaraq nəticəsi barədə müvafiq qərarın qəbul olunması təmin ediləcək" - deyə Baş Prokurorluğun açıqlamasında bildirilir.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu