BMT: Qəzzaya humanitar yardım və 129 min litr yanacaq yüklənmiş 187 yük maşını daxil olub


Dünən axşam saat 19.00 radələrində İsrailin Nitzana bölgəsindən Qəzzaya 200 yük maşını göndərilib. Onlardan 187-si bölgəyə daxil olub. Rayona 129 min litr yanacaq daşınıb.


Bu barədə Birləşmiş Millətlər Təşkilatından (BMT) verilən açıqlamada bildirilir.

Qurumun açıqlamasında həmçinin qeyd edilir ki, humanitar yardıma qida, su və təcili tibbi ləvazimat daxildir. Təxliyyələrə kömək etmək üçün Şifa xəstəxanasına 11 təcili yardım maşını, 3 avtobus və bir yük maşını çatdırılıb. Bundan əlavə, Qəzzaya 129 min litr yanacaq daxil olub. .



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu