Yəmənli üsyançılar Qırmızı dənizdə İsrail gəmisini qaçırıb


Yəmənin husi üsyançılarının Qırmızı dənizdə İsrailə məxsus “Galaxy Leader” gəmisini qaçırdığı iddia edilir.


Bu barədə “Əl Ərəbiyə” telekanalı məlumat yayıb.

Telekanalın məlumatına görə, gəmidə 22 nəfər olub, lakin onlar İsrail vətəndaşı olmayıb.

İsrail Müdafiə Qüvvələrinin (İDF) mətbuat xidməti gəminin İsrailə məxsus olduğunu təkzib edib və gəmidə heç bir israillinin olmadığını təsdiqləyib.

Bir müddət əvvəl Yəmən husi üsyançılarının Ənsar Allah hərəkatının nümayəndəsi Yəhya Saria İsrailin mülki gəmilərinə hücum edəcəklərini bildirmişdi. O, həmçinin digər ölkələri İsrail gəmilərində daşımalardan çəkinməyə çağırıb.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu