Amerikanın böyük kino şirkətləri İlon Maskı boykot etdi

Amerikanın iri kino şirkətləri "Warner Bros.", "Sony Pictures", "Paramount", "Lionsgate" X sosial şəbəkəsində reklamı dayandırır.
Onlar bu addımı İlon Maskın sözlərinə cavab olaraq atıblar. Bu barədə The Hollywood Reporter yazıb.
Əvvəllər "Apple", "Walt Disney" və "IBM" Maska qarşı eyni boykotla cavab vermişdi. Mask antisemit yazısını dəstəklədikdən sonra onlar müvəqqəti olaraq X-də reklamı dayandırıblar.
Öz növbəsində İlon Musk müəyyən etnik qrupun soyqırımına açıq çağırış etdiyi üçün istənilən X istifadəçisini bloklamaqla hədələyib.