Blinken Si Cinpinlə bağlı suala cavab verməkdən yayınıb

ABŞ dövlət katibi Antoni Blinken Çin prezidenti Si Cinpini ölkə prezidenti Co Bayden kimi diktator hesab edib-etməməsi sualına birbaşa cavab verməkdən yayınıb.
Bu barədə ABC televiziya şirkəti məlumat yayıb.
Teleaparıcı Blinkendən Si Cinpini diktator hesab edib-etmədiyini soruşub. Eyni zamanda jurnalist xatırladıb ki, çinli həmkarı ilə görüşdən sonra noyabrın 15-də Bayden mətbuat konfransında onu diktator adlandıran zaman dövlət katibinin üzündəki ağrılı ifadə kameralar tərəfindən lentə alınıb. Nəticədə məmur bu suala birbaşa cavab verməkdən yayınıb.