Estoniya prezidenti xəstə olduğunu və evdən işləyəcəyini açıqlayıb


Estoniya prezidenti Alar Karis çərşənbə günü xəstə olduğunu və evdən işləyəcəyini bildirib.


“Mən də bir xəstəliyə yoluxdum. Bu gün və yaxın günlərdə səhhətimə görə ev ofisimdən işləyəcəm”, - deyə Karis sosial şəbəkədə yazıb.

O qeyd edib ki, hazırda müxtəlif infeksiyalar kifayət qədər sürətlə yayılır, ona görə də özünüzə qulluq etmək lazımdır. “Mövsümi infeksiyaya yoluxmuş hər kəsə sağlıq diləyirəm. Özümüzün və başqalarının qayğısına qalaq”, - deyə prezident əlavə edib.

Prezident Ofisinin məlumatına görə, çərşənbə günü Karis Estoniyaya səfərə gəlmiş Latviyanın baş naziri Evika Silina ilə görüşməli idi, lakin dövlət başçısının xəstəliyi səbəbindən bu görüş baş tutmayacaq.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu