Tayvan 2026-cı ildə ekipajsız döyüş qayıqlarının kütləvi istehsalına başlayacaq
Tayvanın hərbi-sənaye kompleksi Ukrayna Silahlı Qüvvələrinin pilotsuz döyüş katerlərindən istifadə təcrübəsini öyrənir və onların kütləvi istehsalına 2026-cı ildə başlamağı planlaşdırır.
Bu barədə Taipei Shibao qəzeti məlumat yayıb.
Onun sözlərinə görə, layihə üzərində iş Tayvanın aparıcı silah istehsalçılarından biri - Çjonqşan Elm və Texnologiya İnstitutu (NCSIST) tərəfindən aparılır. Nəşrin mənbələrinə görə, iki prototipin hazırlanmasına 812 milyon Yeni Tayvan dolları (təxminən 25,14 milyon dollar) ayrılıb. Operatorlar real vaxt rejimində kameralardan video görüntülər alaraq 70 km-ə qədər məsafədə olan qayıqları uzaqdan idarə edə biləcəklər.
Qurğular müxtəlif avadanlıq konfiqurasiyalarına malik olacaq və akvatoriyaların patrul xidməti və müdafiəsi, düşmənin suüstü gəmilərinə hücumların həyata keçirilməsi, həmçinin dəniz minalarının və sualtı qayıqların axtarışı üçün geniş spektrli tapşırıqları yerinə yetirəcək. Sınaqlar başa çatdıqdan sonra pilotsuz qayıqların seriya istehsalına başlanacaq.
Bundan əlavə, qəzetin həmsöhbətləri institutda sualtı pilotsuz nəqliyyat vasitələrinin də hazırlanması ilə məşğul olduğuna işarə ediblər.