Kanadanın müdafiə naziri: "Kanada Qəzzada atəşkəsə qarşıdır"


ABŞ, Avstraliya və Kanada kimi ölkələr “humanitar fasilə”yə çağırsalar da, atəşkəsi ictimaiyyət qarşısında müdafiə etməyi dayandırıblar.



Kanadanın müdafiə naziri Bill Blair çərşənbə axşamı jurnalistlərə, terror təşkilatının beynəlxalq hüquqa və ya hər hansı atəşkəs çağırışına hörmətlə yanaşacağına heç bir ümidi olmadığını bildirib:

“Açığını deyim ki, HƏMAS təkcə İsrail üçün deyil, bütün dünya üçün təhlükə olaraq aradan qaldırılmalıdır".

ABŞ Dövlət Departamenti də Qəzzada atəşkəs çağırışlarını rədd etdiyini bir daha bəyan edib.

O, atəşkəsin HƏMAS-a yenidən qruplaşmaq və İsrailə qarşı yeni hücumlara hazırlaşmaq imkanı verəcəyini vurğulayıb.

ABŞ Dövlət Departamentinin sözçüsü Miller dünənki mətbuat konfransında qeyd edib ki, atəşkəs HƏMAS-a dincəlmək, yenidən quruluş vermək və İsrailə qarşı terror hücumlarını davam etdirməyə hazırlaşmaq imkanı verəcək.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu