Türkiyə Təhlükəsizlik Şurasının iclası başlayıb, Azərbaycanın antiterror tədbirləri müzakirə olunur


Türkiyədə Prezident Rəcəb Tayyib Ərdoğanın sədrliyi ilə Milli Təhlükəsizlik Şurasının iclası başlayıb.


“Report” xəbər verir ki, toplantı Beştəpədəki iqamətgahda keçirilir.

İclasda Azərbaycan Ordusunun sentyabrın 19-da keçirdiyi antiterror tədbirlərinin nəticəsi və regional proseslər müzakirə olunur.

Bundan başqa, İraq və Suriyadakı mövcud vəziyyət, həmçinin “Taxıl sazişi”nin perspektivi barədə də fikir mübadiləsi aparılır.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu