Liviyanın Dərnə şəhəri palçığa bürünüb


Liviyanın Dərnə şəhərində iki bəndin dağılmasına səbəb olan "Daniel" qasırğası səbəbindən şəhərin mərkəzi palçıq təbəqəsi ilə örtülüb.


"TRT Xəbər" Dərnədə dağıntıların ən sıx olduğu bölgəni pilotsuz təyyarə ilə görüntüləyib.

Liviyada minlərlə insanın dənizə sürükləndiyi fəlakətin əhatəsi günü-gündən genişlənir. Rəsmi məlumatlara görə, 6 minə yaxın insan həyatını itirib. Lakin itkilərlə bağlı rəsmi qurumlardan ziddiyyətli açıqlamalar var.

Dərnə meri ölənlərin sayının 20 minə çata biləcəyini deyib.

11 min 300 can itkisini açıqlayan Birləşmiş Millətlər Təşkilatının Humanitar İşlərin Koordinasiya ofisi, 40 mindən çox insanın evlərindən didərgin düşdüyünü açıqlayıb. O, həmçinin şəhərdəki sağlamlıq problemlərinə diqqət çəkib, mümkün epidemiyanın şəhərdə ikinci dağıdıcı böhrana səbəb ola biləcəyini vurğulayıb.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu