CNN: ABŞ Dövlət Departamenti və Pentaqon Kiyevə ATACMS göndərilməsinin tərəfdarıdır


ABŞ Dövlət Departamenti və Pentaqon prezident Co Baydenə Kiyev hakimiyyətinə uzaqmənzilli ATACMS raketləri verməyə başlamağı tövsiyə edir.


AFN.az xəbər verir ki, bu barədə CNN özəl mənbələrə istinadən bildirib. Nəşrin məlumatına görə, adıçəkilən departamentlər hesab edir ki, raketlərin göndərilməsi Ukraynanın inandırıcı irəliləyiş əldə etmək üçün çox ləng hərəkət edən əks-hücumunun irəliləməsinə kömək edə bilər. "Kiyevə ATACMS raketlərinin tədarükü ehtimalı indi xeyli artıb", - deyə televiziya danışıqların gedişi ilə tanış olan Amerika rəsmilərindən birinin sözlərindən sitat gətirib. Lakin raketlərin ötürülməsi ilə bağlı yekun qərar hələ verilməyib.

Bundan əvvəl “Politico” qəzeti yazıb ki, Kiyev hakimiyyəti ABŞ-ın sentyabrın 19-da BMT Baş Assambleyasının açılışının yüksək səviyyəli həftəsinə qədər Ukrayna Silahlı Qüvvələrinə uzaqmənzilli ATACMS raketlərinin tədarükünü elan edəcəyinə ümid edir. Eyni zamanda, Amerika administrasiyası, nəşr qeyd edir, bu müddətin belə bir qərar qəbul etmək üçün çox qısa olduğunu iddia edir.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu