Ehtiyaclı insanlar üçün dərzilik kursları təşkil edildi


“GÜLSAM” Əlillərin Reabilitasiyası İctimai Birliyi layihənin icrasını yekunlaşdırıb.

“Sağlamlıq imkanları məhdud və aztəminatlı şəxslər üçün dərzilik kurslarının təşkili” layihəsi 2 ay müddətində icrası edilib.

Təşkilat sədri Səlimova Gülnarə Zakir qızının sözlərinə görə, layihə Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə həyata keçirilib.

Məqsəd sağlamlıq imkanları məhdud olan şəxslər və aztəminatlı ailələrin xanımları üçün dərzilik kurslarını təşkil etməklə, onların bu sahədə bacarıqlarını artırmaq və məşğulluqlarını təmin etmək olub.

Kurs iştirakçılarına dərzilik sənətinə aid ilkin bacarıqlar, avadanlıqlar və köməkçi vasitələrlə işləmə bacarığı aşılanmışdır. Yekun olaraq kurs iştirakçılarına sertifikatlar təqdim olunub.






AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu