Litva Rusiya və Belarusa sərhəddə cavab hazırlayır


Litva ordusunun komandanı, general Valdemaras Rupşis ölkəsinin Rusiya və Belarusun sərhəddə gözlənilməz hərəkətlərinə cavab vermək üçün tədbirlər hazırladığını açıqlayıb.


AFN.az bu barədə TASS-a istinadən xəbər verir. General bildirib ki, hazırda Minsk və Moskvadan birbaşa hərbi təhlükə yoxdur: "Lakin Vilnüs və onun müttəfiqləri vəziyyəti izləyirlər". Bundan əlavə, o, yeni sərhəd örtüyü planında nəzərdə tutulan senarilər üzrə sərhədçilərin qarşıdakı günlərdə təlimlər keçirəcəyini açıqlayıb.

"Belarusda yerləşən Rusiya bölmələri ("PMC Wagner") və Belarus rejiminin özündən gözlənilməz hərəkətlər proqnozlaşdırılır. Ona görə də biz vəziyyətin istənilən inkişafına cavab vermək üçün konkret məqsəd və vəzifələri müəyyən etmişik", - deyə Rupşis bildirib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu