Ukrayna ordusu PUA-larla Belqorod və Bryansk vilayətlərinə hücum edib
AFN.az TASS-a istinadən xəbər verir ki, bu barədə regionun qubernatoru Vyaçeslav Qladkov bildirib.
O qeyd edib ki, hücum nəticəsində mülki infrastruktura zərər dəyib.
Həmçinin, Bryansk vilayətinin qubernatoru Aleksandr Boqomaz da vilayətə hücum edildiyini bəyan edib. Onun sözlərinə görə, 3 evə ziyan dəyib, xəsarət alan olmayıb.