Polşa Belarusa hücuma hazırlaşır?


Əgər Belarus ərazisində Rusiyanın taktiki nüvə silahı olmasaydı, Polşa bu ölkəyə çoxdan hücum etmişdi.


AFN.az “İzvestiya”ya istinadən xəbər verir ki, bu fikri Belarus Liberal Demokrat Partiyasının sədri, Respublika Milli Assambleyasının Nümayəndələr Palatasının deputatı Oleq Qaydukeviç səsləndirib.

Qaydukeviç iddia edib ki, Belarusda belə silahlar olmasaydı, ABŞ Polşaya müvafiq göstəriş verərdi. "Polşa bu gün amerikalılara tabe olduğu üçün Avropada müharibənin başlaması amerikalılar üçün faydalıdır. Onlar yaxşı bilirlər ki, biz bunu hücum edənlərə deyil, qərar qəbul edən mərkəzə tətbiq edəcəyik" - deyə Qaydukeviç bildirib.

Bununla yanaşı, deputat vurğulayıb ki, Minsk qonşu dövlətlə müharibəyə ehtiyac olmadığı üçün "Varşavanın təxribatlarına boyun əymək niyyətində deyil".



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu