Türkiyədə Rusiyanın sabiq səfirinin qətlini sifariş verən şəxsin həyat yoldaşı saxlanılıb


Türkiyənin paytaxtı Ankarada 7 il əvvəl öldürülən Rusiya səfiri Andrey Karlova sui-qəsd təşkil edən Mevlüt Mert Altıntaşın təşkilat daxilində tabe olduğu Ş.S.-ın həyat yoldaşı A.S. ələ keçirilib.



AFN.az xəbər verir ki, bu barədə Türkiyə KİV-i məlumat yayıb.

Bildirilib ki, o, hüquq-mühafizə orqanlarının keçirdiyi əməliyyat nəticəsində saxlanılıb.

Hadisənin təfərrüatları məlum deyil.

Qeyd edək ki, A.Karlov 2016-cı il dekabrın 19-da Ankarada öldürülüb.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu