AQTA başqa tədbir də görə bilərdi - "Wolt"un bağlanmasına ETİRAZ


Xəbər verildiyi kimi, Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) "Wolt" kuryer xidmətinin Azərbaycanda fəaliyyətinin dayandırılması ilə bağlı qərar qəbul edib. Qurum bunu "Wolt"un xəbərdarlıqlara əməl etməməsi ilə əlaqələndirib və təkrar xəbərdarlıq kimi tətbiq etdiyini bildirib.


AFN.az xəbər verir ki, ekspert Osman Gündüz məsələ ilə bağlı mövqeyini açıqlayıb. O, qeyd edib ki, "Wolt" mopedlərində dezinfeksiya işlərinin aparılmaması, qida təhlükəsizliyi qeydiyyatından keçmədən fəaliyyət göstərməsi, məhsulların temperatur rejimi və qaydaları pozulmaqla daşınması və s. məsələlər bu qərar üçün əsas olub: "Əlbəttə, səlahiyyətli dövlət qurumunun təkrar addım olaraq belə bir sərt qərar verməsi anlaşılandır. Amma dərhal da razılaşmaq olar ki, 10 ildən çox ölkədə fəaliyyət göstərən, artıq oturuşmuş bir şirkətə çevrilən, minlərlə gənclər üçün iş yeri və çörək pulu qazanmaq yerinə çevrilən, cəmiyyətin elə bir ciddi narazılığı olmayan bir strukturun fəaliyyətini dayandırmaq və ya "bağlamaq" qərarı ağlabatan bir addım kimi görsənmir.
Düşünürəm ki, AQTA digər əlaqədar dövlət qurumları və "Wolt"la birgə şirkətin qanunvericiliyin tələblərinə əməl etməsinə, qaydalara uyğunlaşdırılmasına köməklik göstərə bilərdi, daha hövsələ ilə yanaşa bilərdi, cərimələr tətbiq edə bilərdi və s. Ümid edirəm, səlahiyyətli qurumlar "Wolt"la birgə bir daha bu məsələni araşdırıb doğru bir qərar verəcəklər".



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu