Polşa hakimiyyəti qanunsuz miqrantlarla bağlı referendum keçirmək niyyətindədir


Polşanın hakim partiyası seçicilərdən Avropa Birliyinin köçürülmə planının bir hissəsi olaraq “Yaxın Şərq və Afrikadan minlərlə qeyri-qanuni immiqrantın” qəbul edilməsini dəstəkləyib-dəstəkləmədiklərini soruşan referendum keçirməyə hazırlaşır.


AFN.az"Associated Press"ə istinadən xəbər verir ki, bunu Polşanın Baş naziri Mateusz Moraviecki deyib.

Moraviecki referendumla bağlı sualı sosial şəbəkədə yayımlanan yeni videoda səsləndirib. Müşahidəçilər hesab edirlər ki, onun “Qanun və Ədalət” partiyası öz kampaniyasında miqrasiyadan istifadə etməyə çalışır. Bu taktika onun 2015-ci ildə hakimiyyətə gəlməsinə kömək edib.

Polşa hökuməti bundan əvvəl referendumu oktyabrın 15-nə təyin edilmiş payız parlament seçkiləri ilə eyni vaxtda keçirmək istədiyini bildirmişdi. Son günlər liderlər daha iki məsələni açıqlayıblar.

Referendumda sual belə olacaq: "Avropa bürokratiyasının tətbiq etdiyi məcburi köçürmə mexanizmi çərçivəsində Yaxın Şərq və Afrikadan minlərlə qeyri-qanuni immiqrantın qəbul edilməsini dəstəkləyirsinizmi?"

Avropa İttifaqının daxili işlər nazirləri iyun ayında Avropaya icazəsiz daxil olan və blokun ən uzun sürən siyasi böhranlarından birinə səbəb olan miqrantların məsuliyyətini bölüşdürmək planını təsdiqləyib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu