ABŞ Ukraynaya növbəti hərbi yardım paketini açıqlayacaq
ABŞ bu həftə Ukraynaya yeni hərbi yardım paketini açıqlayacaq.
AFN.az xəbər verir ki, bunu keçirdiyi brifinqdə ABŞ Dövlət Departamentinin sözçüsü Metyu Miller deyib. Tədbirin yayımı ABŞ Xarici İşlər Nazirliyinin saytında yerləşdirilib.
“Biz Ukraynanı artilleriya və silahlarla təmin etməyə davam edirik. Əlavə yardım üçün bu həftənin sonunda yeni elanlarımız olacaq”, - deyə Dövlət Departamentinin sözçüsü yeni Amerika raket sistemlərini ehtiva edən növbəti yardım paketinin məzmununu açıqlamaqdan imtina edib.
Daha əvvəl bildirilib ki, Ukrayna münaqişə başlayandan ABŞ-dan 66,2 milyard dollar yardım alıb və İkinci Dünya Müharibəsindən sonra Vaşinqtondan əsas dəstək alan ölkəyə çevrilib.