Malidə 2 terror aktı nəticəsində 17 nəfər həlak olub
Yerli mətbuatın məlumatına görə, naməlum silahlı şəxslər ölkənin daxili bölgələrindəki Bandiaqara şəhərinə hücum ediblər.
Hadisə nəticəsində 15 nəfər ölüb, 3 nəfər yaralanıb. Digər tərəfdən, Bandiaqara yaxınlığında motosikletin minaya düşməsi nəticəsində iki nəfər ölüb.
Sahel bölgəsində "3 ölkə sərhədi" kimi tanınan Burkina Faso, Mali və Niger son illərdə terror təşkilatı Əl-Qaidə və DEAŞ-a bağlı qrupların hücumlarına məruz qalır.
2013-cü ildən bəri Malidə yerləşən xarici hərbi missiyalara baxmayaraq, ölkədəki terror təşkilatları hücumlarını davam etdirir.