İngiltərə Müdafiə Nazirliyi ABŞ-a göndərəcəyi məktubları hərf səhvilə Maliyə göndərib


İngiltərə Müdafiə Nazirliyi hərf səhvinə görə ABŞ Müdafiə Nazirliyi Pentaqona bəzi elektron məktubları Rusiyanın Afrikadakı müttəfiqlərindən biri olan Maliyə göndərib.


Ölkə mətbuatında yer alan xəbərə görə, Pentaqonun ".mil" sonluğu ilə bitən ünvanlarına göndərilməsi nəzərdə tutulan bəzi elektron məktublar, ".ml" ilə bitən Mali ünvanlarına göndərilib.

Müdafiə Nazirliyi adından açıqlama verən nazirlik rəsmisi, sözügedən elektron məktublarda əməliyyat təhlükəsizliyini və texniki məlumatları riskə atacaq heç bir məlumatın yer almadığını və mövzu ilə bağlı araşdırma başlandığını bildirib.

Nazirlik rəsmisi həmçinin “i” hərfi yazılmadığı üçün Maliyə göndərilən elektron məktubların sayının 20-dən az olduğunu bildirib.

Qeyd edək ki, ABŞ da iki həftə əvvəl verdiyi açıqlamada Rusiyanın Afrikadakı müttəfiqlərindən biri olan Maliyə milyonlarla e-poçt məktubunu səhv yazı ilə göndərdiyini açıqlamışdı.

Malinin .ml internet uzantısını idarə edən hollandiyalı Johannes Zuurbier, son 10 ildə ABŞ-a bu mövzuda xəbərdarlıq etməsinə baxmayaraq, bu ilin yanvar ayından bu yana səhvən Maliyə 117 min e-poçt göndərildiyini açıqlayıb.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu