Gədəbəydə vətəndaşlar pulsuz tibbi müayinə ediliblər - FOTOLAR


Akademik Zərifə Əliyevanın anadan olmasının 100 illiyinə həsr olunmuş növbəti xeyriyyə tədbiri TİBBİ AKSİYA 14-15 iyul 2023-cü il tarixində Akademikin adını daşıyan Milli Oftalmologiya Mərkəzi tərəfindən Gədəbəydə keçirilib.


AFN.az xəbər verir ki, Mərkəzin Səyyar Klinikası tərəfindən keçirilən aksiyada, ölkəmizin müstəqilliyi və ərazi bütövlüyü uğrunda canını fəda etmiş şəhidlərimizin ailələrinə, sağlamlığını itirmiş qazilərimizə həmçimin aztəminatlı ailələrin üzvləri müaiyənədən keçirilib. Umimilikdə 2 gün ərzində 200 nəfərə yaxın vətəndaş müaiyənədən keçib, aksiya çərçivəsində ehtiyacı olan şəxslər dərman və eynəklə təmin olunub.

Bu cür xeyriyyə tədbirlərini hər il Gədəbəydə təşkil etdikləri üçün vətəndaşlar tibb üzrə fəlsəfə doktoru, həkim oftomoloq Yazgul Abdiyevaya, Mərkəzin direktoru prof. Elmar Qasımova və aksiyada iştirak edən bütün həkim və tibb personalı heyətinə təşəkkür ediblər.

Ucqar dağ rayonunda Oftalmologiya Mərkəzinin Səyyar Klinikası tərrəfindən aparılan bu cür xeyirxah müayinə aksiyaları çox vacibdir.


























AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu