Antalyada havanln tepraturu 46 dərəcəyə yüksəlib


Türkiyənin ən böyük turizm şəhəri Antalyada termometrlər 46 dərəcə isti göstərib.


AFN.az yerli mediaya istinadən xəbər verir ki, həddindən artıq istilər səbəbindən küçələrdə və çimərliklərdə sıxlıq azalıb. Vətəndaşlar günəşdən qorunmaq üçün çətirlərdən istifadə ediblər. Şəhərdə həftənin əvvəlindən isti havaların təsiri artmağa başlayıb.

Meteorologiya Ümumi Müdirliyi əvvəlcədən istilərin olacağı ilə bağğlı xəbərdarlq edib. Konyaaltı səmtində Böyükşəhər Bələdiyyəsinin saatının üzərindəki reklam lövhəsində termometr 46-nı göstərib.

İsti havadan sıxılan yerli və xarici turistlərin bir qismi sərinləmək üçün Lara və Konyaaltı çimərliyinə üstünlük verir, digərləri isə yaşıllıqlarda, çay bağlarında, parklarda və kölgəliklərdə vaxt keçirir.

Şəhərdə vətəndaşlarla yanaşı, istidən boğulan heyvanlar da sərinləmək üçün fəvvarələrin altına, dənizə, gölməçələrə giriblər.

Dünyaca məşhur Konyaaltı çimərliyi və digər çimərliklərin sıxlığı digər günlərə nisbətən azalıb.

Rəsmi qurumların açıqlamalarında bildirilir ki, havanın yüksək temperaturu gələn həftənin əvvəlinə qədər davam edəcək.

Yüksək temperaturun həftənin əvvəlinə qədər təsirini davam etdirəcəyi bildirilib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu